31 oktyabr 2015-ci il tarixində Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına dair yoxlamaların nəticələri apreldə məlum olacaq. Bu barədə Misirin turizm nazirinin müavini Məhəmməd Əbd-əl-Cabbar bəyan edib.
“Yoxlamaların nəticələri apreldə məlum olacaq”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Nazir müavini vurğulayıb ki, Misirin bütün hava limanlarında təhlükəsizlik tədbirlərinin öyrənilməsi məqsədilə bir sıra ölkələr, o cümlədən Rusiya və Böyük Britaniyanın müvafiq strukturlarının nümayəndələri dəvət olunub. Təyyarə qəzasından sonra ötən aylar ərzində müəyyən edilib ki, Misirin bütün aeroportlarında təhlükəsizlik tədbirləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qayda və standartlarına uyğun təşkil edilib.
“Aparılan yoxlamaların nəticələrinə əsasən qeyd edə bilərəm ki, bu günə təşkilat tərəfindən Misirin aeroportlarında təhlükəsizlik sahəsində heç bir çatışmazlıq qeydə alınmayıb. Buna baxmayaraq, hava limanlarında təhlükəsizlik tədbirlərini möhkəmləndirməkdə davam edirik. Bununla yanaşı, təhlükəsizlik tədbirlərinin təşkili və Rusiyaya məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması məqsədilə bir sıra ölkələr, o cümlədən Rusiya və Böyük Britaniyanın müvafiq strukturlarının nümayəndələri dəvət olunub”, - deyə nazir müavini bildirib.
O əlavə edib ki, bu qəzadan sonra Misir turizm sahəsində bir sıra çətinliklərlə üzləşib. “Rusiya Misirə turizm axınında ən yüksək pilləni tuturdu. Rusiyalı turistlərin ümumi sayı 3,5 mln.-dan artıq təşkil edirdi. Onların sayının kəskin azalması bu gün aradan qaldırmağa çalışdığımız bəzi çətinliklərə səbəb oldu”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Şarm-əl-Şeyx kurort şəhərinin aeroportundan havaya qalxan Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus “Airbus-321” təyyarəsinin göyərtəsində 217 sərnişin, 7 nəfər ekipaj üzvü, həmçinin 17 uşaq olub. Təyyarənin Sinay yarımadasının mərkəzi hissəsində düşməsi nəticəsində heç kim sağ qalmayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət