Beynəlxalq Sığorta Şirkəti İnformasiya Texnologiyalarının tətbiqi ilə yeni sığorta məhsullarının hazırlanması istiqamətində öz ənənəsinə sadiq qalaraq, müştərilərinə yeni xidmət təklif etməyə başlamışdır. Azərbaycanda ilk dəfə tətbiq olunan bu xidmət sayəsində, xarici ölkələrə səfərə gedən şəxslər səyahət sığortası şəhadətnaməsini vaxt itirmədən, dünyanın hər bir nöqtəsindən, bir neçə saniyə ərzində əldə edə bilərlər. Bunun üçün sadəcə internetdən yararlanaraq, günün 24 saatı və həftənin 7 günü ərzində Şirkətin www.iic.az internet səhifəsinə daxil olub, lazım olan sığorta paketini seçmək lazımdır. Müştəri tərəfindən internet səhifəsində təqdim olunan forma doldurulduqdan və hesablanmış sığorta haqqı bank kartları vasitəsi ilə ödənildikdən bir neçə saniyə sonra, hazırlanmış sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Müştəri həmin şəhadətnaməni elektron daşıyıcılara köçürə və ya tələb olunan yerə təqdim edilməsi üçün çap edə bilər.
Şirkətdən bildirilmişdir ki, sistem bir neçə müddət test rejimində işlədilərək, istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.
Respublikanın sığorta bazarında Beynəlxalq Sığorta Şirkətinin yeganə şirkət olaraq təklif etdiyi bu yeni xidmətin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin Şirkətin əməkdaşları ilə təmasda olmasına ehtiyac qalmır.
Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət