Beynəlxalq Elektrotexniki Komitəsi (İEC) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün “Elektrotexniki avadanlıqlar və komponentlərin sertifikatlaşdırılması və sınaqların aparılmasında İEC sisteminin rolu” mövzusunda 2 günlük beynəlxalq seminar öz işinə başlayıb. Seminarda çıxış edən komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində sənayenin rolu, ixrac qabiliyyətli məhsulların istehsalında keyfiyyət infrastrukturunun inkişafı, beynəlxalq standartların tətbiqi istiqamətində bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO), 2009-cu ildən Kodeks Alimentarius Komissiyasının, 2011-ci ildən Avropa Standartlaşdırma Komitəsinə, 2012-ci ildən Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (İLAC), 2015-ci ildən Ölçülər və Çəkilər üzrə Baş Konfransa üzvdür. Komitə 2011-ci ildən Beynəlxalq Elektrotexniki Komitəsinin (İEC) “İnkişaf etməkdə olan ölkələr üzrə müxbir Proqramı”nda iştirak edir. Şöbə müdirinin bildirib ki, bu proqramda iştirak etməklə komitə müvafiq İEC standartlarını əldə etmək və təşkilatın tədbirlərində iştirak etmək imkanları qazanıb.Bundan başqa komitə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu vasitəsilə İEC-in uyğunluğun qiymətləndirilməsi üzrə müxbir status proqramında da iştirak edir.
Beynəlxalq Elektrotexniki Komitəsinin (İEC) rəsmisi Tomas Robertson çıxışında Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, beynəlxalq müstəvidə Azərbaycan fəal tərəfdaş kimi İEC və digər beynəlxalq standartları tətbiq etməklə ölkənin ixracyönümlü siyasət yürütmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazara çıxmaqda maraqlı olduğunu ortaya qoyur. Tomas Robertson qısa müddətdə 50-dək İEC standartının Azərbaycanda milli standart kimi qəbul edilməsini qeyri-neft sektoruna göstərilən dövlət dəstəyinin təzahürü olduğunu qeyd edib.
Sonra çıxış edən digər qonaq Antonietta Pittelud elektrotexnika sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.
Bildirilib ki, hazırda Azərbaycanda tətbiq edilən 46 İEC standartı əsasən elektrik kabellərinin keyfiyyəti, elektrik izolyasiya, fasiləsiz elektrik enerjisi təchizatı sistemi, güc transformatorlarına olan tələblər və s.ni əhatə edir. Bu standartları yerli müəssisələrdə tətbiq etməklə məhsulların xarici bazara çıxışı imkanları artmışdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət