ABŞ-ın məşhur elmi-publisistik jurnalı “Natural History” (Təbiət tarixi) Xəzər suitisi barədə geniş məqalə dərc edib. “Now Way Out” (Çıxış yolu yoxdur) başlıqlı material dünyada geniş miqyasda oxunan jurnalın may nömrəsində işıq üzü görüb. Müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur. Yazıda bildirilir ki, son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən Xəzər suitilərinin sayı 1 milyondan 104 minə enib. Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır. Sözügedən məməli növü 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı ilə tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında “vəziyyəti təhlükəli” statusunu daşıyır.
Müəllif Xəzəryanı ölkələrdən əlavə, İngiltərə, Niderland və Yaponiya alimlərinin məsələyə dair uzunmüddətli tədqiqatları əsasında 4 ay jurnalist araşdırması aparıb. O, alim tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini məqalə halında toplayıb və “Natural History”yə təqdim edib. Materialda AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun 45 illik tədqiqat və müşahidələrinin nəticələri xüsusi ilə geniş yer alıb.
Məqalədə Azərbaycanın qeyd olunan problemlərlə gərgin mübarizəsi və bu istiqamətdə Prezident İlham Əliyevin imzalamış olduğu mühüm sənədlər, görülmüş konkret tədbirlər, həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsündən sonra ölkə rəhbərinin sərəncamı ilə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması xüsusi vurğulanır.
Jurnalın 6 səhifəsini təşkil edən məqalənin yekununda qeyd olunur ki, 5 milyon il bundan əvvəl geoloji proseslər Xəzər suitilərinin ərazisini formalaşdıranda onların taleyi elə oradaca həl olunub. Qapalı olduğuna görə dənizin suları yuyulmur, canlıları dünya okeanından artım dəstəyi ala bilmir. Hazırda Xəzər dənizi və suitiləri artmaqda olan antropogen təsirlərdən əziyyət çəkir. Amma problemlərin həlli yolları var və insanların əlindədir. Hərçənd, sual altında olan bu məqam gələcək üçün nikbin heç nə demir. Lakin başqa çıxış yolu yoxdur.
Məqalə S.Hüseynovun “Natural History” jurnalında üçüncü çıxışıdır. Beş il əvvəl onun sözügedən nəşrdə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı, 2012-ci ildə isə qlobal iqlim dəyişmələrinin Xəzərə təsiri barədə geniş materialları dərc olunub.
Xəzərin ekoloji durumu barədə statistik məlumatlarla böyük diqqət çəkən məqalənin tam mətnini jurnalın internet səhifəsinin aşağıdakı ünvanında təqdim edirk: http://nhmag.com/features/072948/no-way-out
AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət