Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün kreditlərin onlayn ödəniş imkanlarını genişləndirir. Belə ki, bank kassam.az elektron ödəniş sisteminə qoşulub ki, bu da
VTB (Azərbaycan)-ın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək. Bunun üçün www.kassam.az portalında VTB (Azərbaycan) müştəriləri “Bank xidmətləri” bölməsinə keçib «VTB Bank» səhifəsinə daxil olub ödəniş etməlidir. İstifadəçilər borclarını şəxsiyyət vəsiqəsinin PİN-kodunu, kredit müqaviləsinin və ya kartın nömrəsini daxil edərək qaytara bilər. Kassam.az portalında kreditləri yalnız manatla ödəmək mümkündür (dollar kreditləri üzrə ödəniş manat ekvivalentində həyata keçirilir).
Ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.
Hazırda VTB (Azərbaycan) müştəriləri kredit üzrə borclarını bir sıra ödəniş sistemi vasitəsi ilə qaytara bilər: «Е-manat» və «Milli-Ön», eləcə də www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət