Bakı Ali Neft Məktəbində (BANM) “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirildi.
Bakı Ali Neft Məktəbinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış etdilər.
Konfransın plenar iclasını giriş sözü ilə açan Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyini və nümayəndələrini, xarici qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə etdi. Elmar Qasımov bu konfransın BANM-də keçirilməsindən şad olduğunu dilə gətirdi.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bu tədbirin Ali Neft Məktəbində təşkil olunmasından məmnun olduğunu bildirdi. Aydın Əliyev tədbirin keçirilməsinin önəmli olduğunu deyərək beynəlxalq konfransın əhəmiyyətindən söz açdı.
Konfransda “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” mövzusunda məruzə ilə çıxış etdi.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu”, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Gömrük xidmətində innovasiya layihələrinin tətbiqi və idarə olunması prinsipləri”, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişləri üzrə gömrük prosedurları”, Dövlət Gömrük Komitəsinin baş inspektoru, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin meneceri Lalə İmanova “Qeyri-neft sektorunun inkişafı istiqamətində gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi” və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski “Dəniz neft qurğularının hüquqi statusu ilə bağlı problemlər - beynəlxalq hüquq və dövlət təcrübəsi” adlı məruzələrlə çıxış etdilər.
Sonra konfransda Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müəllimlərinin “Azərbaycan gömrük xidmətinin tarixi və inkişaf mərhələləri”, “Avropa İttifaqının hüququ və Azərbaycan Respublikasının hüquq sistemində aksiz vergisinin hüquqi tənzimlənməsi”, “İqtisadiyyatın gömrük tənzimlənməsi”, “Azərbaycan post-neft dövründə”, “Qaçaqmalçılıqla mübarizə”, “Yerli iqtisadiyyatda kənd təsərrüfatının rolu”, “Ümumdünya gömrük əməkdaşlığı: çağırışlar və perspektivlər”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “İqtisadiyyat və gömrük: qarşılıqlı təsirlər”, “İqtisadi artım və tənəzzül”, “Azərbaycanın gömrük sistemində “bir pəncərə” sistemi” və “Beynəlxalq ticarətdə risklər” adlı məruzələri dinlənildi.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət