“SOCAR Turkiye Enerji” (Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi) 2016-cı ilin sonunadək Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikintisi layihəsinin səhmdarı olacaq. Bu barədə çərşənbə günü jurnalistlərə “SOCAR Turkiye Enerji” şirkətinin prezidenti Zaur Qəhrəmanov məlumat verib.
"Yay mövsümü ilə əlaqədar proses bir qədər ləngiyə bilər, lakin cari ilin sonunadək biz TANAP layihəsində 7% pay əldə etməklə onun səhmdarı olmağa ümid edirik. Azərbaycan tərəfi əqdin bağlanması ilə bağlı razılığını verib, yalnız Türkiyə tərəfinin müvafiq razılığını almaq qalır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.
Səhmlər SOCAR-dan alınacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BOTAS - 30%, BP - 12%.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində Trans-Anadolu (Trans Anatolian Pipeline, TANAP) qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
Trans-Anadolu qaz kəməri ilə Azərbaycan qazının Türkiyəyə nəqli 2018-ci ilin iyun ayında gözlənilir.
Н.Аббасова
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət