Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yaxın Şərq bölgəsinin aparıcı telekommunikasiya operatoru olan “Etisalat” şirkəti ilə yeni razılaşma imzalayıb. Bu razılaşmanın şərtlərinə əsasən Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Bakcell abunəçiləri Türkiyə, Macarıstan, Almaniya, Böyük Britaniya və digər 19 ölkədə olduğu kimi hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.
“Hazırda abunəçilərimiz ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. Bakcell olaraq, biz bu siyahını genişləndirməklə yanaşı, abunəçilərimizin rabitə xidmətlərindən və yüksəksürətli internetdən daha ucuz və münasib tariflərlə istifadə edə bilməsinə imkan yaradan ən sərfəli təklifləri təmin etmək üçün mövcud rouminq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Yeni imzaladığımız razılaşma bu istiqamətdə atdığımız daha bir addımdır”, - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
Qeyd etmək lazımdır ki, xarici səfərdə olan abunəçilər “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiqin vasitəsi ilə öz nömrələrinin balansını asanlıqla artıra bilərlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun:http://www.bakcell.com/az/bakcell-rouminq-ap
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət