Vadim Zinovyev “Bank VTB (Azerbaijan)” ASC-nın İdarə Heyətinin üzvü təyin edilib. Bu barədə bankdan məlumat verilib.
“Vadim Zinovyev “Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin üzvü təyin edilib. O, həmçinin risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır. Bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir”, - deyə məlumatda qeyd edilir.
V.Zinovyev “Maliyyə və kredit” ixtisası üzrə Sankt-Peterburq Dövlət mühəndis-iqtisad universitetini bitirib, eləcə də idarəetmə kadrların yenidən hazırlanması üzrə prezident proqramının məzundur. Bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.
VTB Qrupda 2013-cü ilin yanvar ayından Moskva Bankında kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb. 2015-ci ilin dekabr ayından “Bank VTB (Azerbaijan)”ın risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət