"Azərbaycan Hava Yolları" Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi spottinq-tədbiri barədə elan edir.
Rəsmi spottinq iyulun 1 və 2-də keçiriləcək.
Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. foto-yaddaşa almaq üçün unikal imkan yaradılacaq.
Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
İştirak üçün ərizələr iyunun 23-dən 29-dək pr@azal.az e-mail ünvanına qəbul edilir. Məktubun mövzu hissəsində "Spottinq üçün ərizə", mətndə isə - adı, soyadı və ata adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan foto avadanlığın siyahısını qeyd etmək lazımdır. Həmçinin fotoşəkillərinizin dərc ediləcəyi veb sayt və ya sosial şəbəkələrdə səhifələri (əgər varsa) göstərmək arzuolunandır .
Tədbirin keçirilmə tarixi:
• 1 iyul, cümə - peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəlcədən iştirak etmiş şəxslər üçün spottinq.
• 2 iyul, şənbə - foto və aviasiya həvəskarları üçün spottinq.
İştirakçıların minimum yaş həddi - 18 yaş.
Diqqətinizə çatdırırıq ki, iştirakçıların hər qrupunda yerlərin sayı məhduddur, bu məqsədlə ərizəni maksimum operativ və yuxarıda sadaladığımız tələblərə uyğun göndərmək lazımdır. Spottinqdə iştirakın təsdiqi kimi "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq.
Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları”-nın rəsmi Facebook səhifəsinə müraciət etmək olar: www.facebook.com/azalqsc
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət