"İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkət rəhbərləri biznes nümayəndələri iləAzərbaycan Respublikası Vergilər Nazirliyiarasında daimi dialoqu təkmilləşdirmək xahişi iləCaspian European Club-a (Caspian Business Club) müraciət ediblər", - deyəCaspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. Oqeyd edib ki, bununla əlaqədarCaspian European Club (Caspian Business Club) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəhbərliyinin iştirakı ilə aylıq biznes-forumların təşkilinə başlayır.
Telman Əliyevin sözlərinə görə, Vergilər Nazirliyi ilə birinci biznes-forum 2016-cı il iyunun 29-da Bakıda təşkil olunacaq və onun işində vergilər nazirinin müavini İlkin Vəliyev, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva və Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi Zaur Fatizadə iştirak edəcək.
"Bizim məqsədimiz şirkətlərin Vergilər Nazirliyinin nümayəndələri ilə operativ əməkdaşlığın yeni səviyyəsini nizamlamaqdan ibarətdir", - deyə T.Əliyev qeyd edib.
Biznes-forumlar çərçivəsində şirkətlərin təklifləri dinləniləcək, biznesmenlərin qarşılaşdıqları problemlər müzakirə olunacaq və onların həlli yollarına baxılacaq.Azərbaycan Respublikasının Vergilər Nazirliyinin nümayəndələri həmçinin biznes-forumlarda iştirak edən şirkətlərin suallarını cavablandıracaqlar", - deyə T.Əliyev vurğulayıb. O, Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group-un bütün fəaliyyəti ərzində sıx əməkdaşlığa və biznesmenlərə göstərilən hərtərəfli dəstəyə görə nazir Fazil Məmmədovun simasında Vergilər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir müavinlərinə minnətdarlığını bildirib.
T.Əliyevin sözlərinə görə, biznes-forumlar başa çatdıqdan sonraCaspian European Club-un (Caspian Business Club)Ekspert Şurası Vergilər Nazirliyi ilə birlikdə vergi qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər planı hazırlayacaq. Həmin təkliflər Azərbaycan Prezidenti Administrasiyasına, Azərbaycan Nazirlər Kabinetinə və Azərbaycan Milli Məclisinə (parlament) göndəriləcək.
Qeyd edək ki, biznes-forumlarda iştirak üçün www.caspianenergy.org linki vasitəsilə qeydiyyat bölməsində qeydiyyatdan keçmək lazımdır.
* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club)tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət