Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Ulduzum” endirimlərinin indidən etibarən Türkiyədə istifadə edilə bildiyini elan edir.
Ulduzum proqramının beynəlxalq tərəfdaşlar siyahısında ilk olan AVİS avtomobil icarə şirkəti Türkiyədə bütün xidmətlərinə 15% endirim təklif edir. “Bakcell”in Ulduzum üzvləri Türkiyədə olarkən endirim kodunu təqdim etməklə bu endirimlərdən faydalana biləcəklər.
Ulduzum proqramının Türkiyədəki ikinci tərəfdaşı Türkiyənin məşhur brendi hesab edilən BEYMEN mağazalar şəbəkəsidir. Yeni imzalanacaq tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən Ulduzum abunəçilərinə BEYMEN mağazalar şəbəkəsi tərəfindən bütün mallara 10% endirim təqdim ediləcək. BEYMEN mağazalarından Beymen Club, Beymen Blender, Tod`s, Dior, Dolce&Gabbana, Bottega Veneta, Moschino, Christian Louboutin, Jimmy Choo, Etro, Balenciaga, Dsquared2, Chloe və digər brend markaların mallarını xüsusi Ulduzum endirimi ilə əldə etmək olar.
1,9 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bakcell abunəçiləri xüsusi mobil applikasiya vasitəsilə, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət