Milli Məclis cümə günü keçirilən iclasda Vergilər Məcəlləsinə əcnəbilər tərəfindən Azərbaycanda bir sıra malların alışı və respublikadan çıxarılması zamanı ƏDV-nin qaytarılması qaydasının tətbiqini nəzərdə tutan düzəlişlər qəbul edib.
Məcəllənin 165.3 maddəsinə əlavələrə əsasən, əcənəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bundan başqa, 24.0.7-ci maddəyə əlavələrə əsasən, vergi orqanları ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənm etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrasturkturun yaradılmasını təmin edir. Bu dəyişikliklər 16 iyun 2016-cı il tarixindən qüvvəyə minir.
Məcəllənin 194.1 maddəsinə əlavələrə əsasən, aksiz markalarının hazırlanmasına dair sifarişin veriməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Əcbəni vətəndaş Tax Free markası ilə mağazalarda malların alışı zamanı Tax Free sisteminin imkanlarından istifadə etməısi barədə satıcıya məlumat verməlidir. Sonra ƏDV-ni qaytarmağa imkan verən elektron hesab-fakturanın doldurulması üçün alıcı xarici vətndaşlığını təsdiq edən pasportu satıcıya təqdim etməlidir. Satıcı alıcının pasport məlumatlarını qeyd edəndən sonra, ona iki nüsxədə imzalanan və ştampı qoyulan elektron vegi hesab-fakturası təqdim edəcək. Digər məlumatlarla yanaşı, həmin hesab-fakturada ödənilən ƏDV-nin məbləği və ƏDV-nin son qaytarılma tarixi qeyd olunur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət