Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsasların olmadığını qeyd edir.
"Öncədən 23 iyun 2016-cı il tarixinə təyin olunmuş referendumun nəticələrinin ölkədə də əhalivə biznesin həssas davranışına səbəb ola biləcəyini nəzərə alaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası bir müddətdir ki, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri kanallarını araşdırır, maliyyə sabitliyinin qorunması üçün tədbirlər həyata keçirir”, - deyə Palatanın məlumatında deyilir.
Məlumatda həmçininqeyd olunur ki, bununla belə, cari ilin 24 iyun tarixində xüsusilə valyuta bazarının monitorinqi zamanı bir qədər həssas davranış müşahidə edilib. Bu, fundamental iqtisadi faktorlarla deyil,əsasən xarici maliyyə bazarları ilə bağlı informasiya ekspansiyası ilə izah olunur. “Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiriüçün fundamental əsaslar yoxdur. MBNP bu sahədə monitorinqləri davam etdirir və “Brexit”in ölkə iqtisadiyyatına dolayı, o cümlədən psixoloji təsirinin neytrallaşdırılması üçün işlər görür.
MBNP bildirir ki, “Brexit”in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağıgözləntiləri əsasında aparılmış təhlillər göstərir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb.
Dövlət Neft Fondu (ARDNF) da Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun maliyyə bazarına təsiri ilə bağlı açıqlama yayıb. “Dövlət Neft Fondunun istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır”, - deyə açıqlamada deyilir.
Fondun səhm yatırımları ümumi vəsaitlərin təxminən 10 faizə qədərini təşkil edir. Digər 90 faiz isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib. Neft Fondu bu aktivlərin dəyərinin sabit qaldığını, qızılın dəyərində isə kəskin artımın müşahidə olunduğunu bildirir.
“Fondun investisiya portfelinin vəsaitinin 50 faizi dollar, 35 faizi avro və 5 faizi ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10 faizi isə Böyük Yeddilərə, Avropa Valyuta Birliyinə daxil olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlik fondun valyuta portfelinə nə zərər, nə də mənfəət gətirməyib”, - deyə açıqlamada bildirilir. *
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət