On bir ayın sultanı adlandırılan Ramazan ayında oruc tutmaqla yanaşı, kasıb və imkansız şəxslərə yardım etmək Uca Allah tərəfindən bəyənilən əməllərdən olmaqla, müsəlmanlara vacib buyrulmuşdur. Bu baxımdan “Azərikimya”nın şəhid ailələri, əlillər, müharibə veteranları, öz yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri və xüsusi imtiyazlı şəxslər üçün təşkil etdiyi iftar süfrələri həm xeyirxahlıq missiyası, həm də savab əməl kimi böyük əhəmiyyət kəsb edir. Bu günə kimi "Azərikimya” İB-nin maddi dəstəyiilə şəhərimizdəki bir sıra mikrorayon və məhəllələrdə aztəminatlı ailələr üçün bir neçə belə iftar süfrələri təşkil olunmuş, bu ifrar süfrələri yüzlərlə insanı bir araya gətirirmişdir.
Bu xeyirxah missiyanın yerinə yetirilməsində - iftar süfrələrinin təşkilində Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülərinin böyük zəhməti olmuşdur.
İftarda iştirak edən insanlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmiş, bu bərabərlik və paylaşma ayında onlarla bir yerdə olduqlarından məmnunluq hissi kecirdiklərini dilə gətirmişlər.
Qeyd edək ki, hər birində yüzlərlə insanın iştirak etdiyi iftar süfrələri “Azərikimya” İB tərəfindən Ramazan ayının sonuna qədər davam etdiriləcəkdir.
Fürsətdən istifadə edərək, şəhərimizdəki digər idarə və müəssisələri, iş adamlarını, imkanlı şəxsləri bu müqəddəs aksiyaya, xeyirxah əmələ qoşulmağa dəvət edirik.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət