“Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalatı 2 ay müddəti dayandırır. Bu barədə şirkətdən məlumat verilib.
“Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir. Bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib”, - deuə şirkət qeyd edir.
Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilib, bu isə yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq. Eyni zamanda, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir.
“Qanuna tabe olan və Dövlətin “vergi partnyoru” statusuna malik olan “Baltika-Bakı” dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək, və xüsusilə də, pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq”, - deyə şirkətdən bildirilir.
Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. “Bu addım şirkətin istehsalat xərclərini azaltmağa və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək”, - deyə məlumatda vurğulanır.
2Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət