Sumqayıt Texniki Parkın Kabel Zavodu 500 KV-lıq kabel istehsalına başlayıb. Bu barədə STP-dan məlumat verilib.
“Müəssisədə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İndiyə qədər 10, 35, 110, 220 kV-lıq kabellərin istehsalı həyata keçirilib. Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-lıq ifrat yüksək gərginlikli kabel istehsal edilib”, - deyə məlumatda zavodun direktoru Adıgözəl Rəhmanova istinadən qeyd olunur.
İlk istehsalın test xarakterli olduğunu bildirən A.Rəhmanov məlumat verib ki, artıq ümumi uzunluğu 1 km olan 500 KV-lıq kabel istehsal edilib.
“Növbəti mərhələdə bu kabeli bazara çıxarmaq üçün Avropa standartlarına cavab verdiyini təsdiqləyən sertifikat almalıyıq. Bunun üçün yaxın günlərdə beynəlxalq sertifikatlaşdırma labaratoriyalarından birinə müraciət edəcəyik. Bir il ərzində məhsulumuz sınaqlardan keçiriləcək. Bütün parametrlərə və keyfiyyət göstəricilərinə cavab verdiyi təsdiqlənsə, lazımı sertifikatı əldə edəcəyik”, - deyə A.Rəhmanov qeyd edib.
O vurğulayıb ki. sertifikat əldə etməklə bağlı heç bir problem ortaya çıxmayacaq, çünki istehsal prossesində istifadə olunan avadanlıqlar ən son texnologiyalardır. Lazımı xammal Avropanın tanınmış markalarının məhsullarıdır.
A.Rəhmanovun sözlərinə görə, tələbatın çox olması nəzərə alınaraq, yeni məhsul ham daxili, həm də xarici bazarlara çıxarılacaq. “Hazırda 500 kV ifrat yüksək gərginlikli kabellər nə MDB ölkələrində, nə qonşu İran və Türkiyədə, hətta Yaxın Şərq ölkələrində istehsal olunur. Bütövlükdə, bu cür məhsul dünyanın yalnız 4-5 ölkəsində istehsal edilir. Azərbaycan da onların sırasına daxil olacaq. Biz dəfələrlə bu cür sifarişlər almışıq. Onların arasında uzunluğu 80 km olan yüksək gərginlikli kabellərin istehsalına da sifariş olub”, - deyə zavodun direktoru qeyd edib.
Sumqayıt Texniki Parkı energetika sahəsində obyektlərin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir.
STP-nın ərazisində 14 müəssisə, 18 istehsalat meydançası fəaliyyət göstərir. Sumqayıt Texniki Parkın yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastruktur layihələrin reallaşdırılmasına yönəlib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət