«Synergy Group» 2015-ci ili 75 mln. 737,769 min manat məbləğində zərərlə başa vurub ki, bu da 2014-cü ilin göstəricisindən 13,8% çoxdur.
“Synergy Group”un saytında dərc edilmiş maliyyə hesabatına əsasən, ötən ilin yekunları üzrə qrupun əməliyyat zərəri 41 mln. 249,536 min manat (azalma 35,8%) təşkil edib.
2015-ci ildə qrupun məzənnə fərqindən irəli gələn zərəri 26 mln. 315,498 min manata bərabər olub.
Qeyd olunan dövrdə “Synergy Group”un aktivləri 3,4 dəfə - 406 mln. 222,5 min manatadək artıb. Aktivlərin strukturunda ümumi investisiyalar 125 mln. 729,581 min manat (artım 4,8 dəfə), müştərilərə verilən kreditlər 73 mln. 290,438 min manat (2014-cü ilin sonuna olmayıb), ticarət və digər debitor borcu 79 mln. 152,96 min manat (artım 5,3 dəfə) təşkil edib.
Cari ilin əvvəlinə qrupun öhdəlikləri 274 mln. 554,767 min manata (artım 90,2%), o cümlədən uzunmüddətli borclar üzrə öhdəliklər 132 mln. 171,014 min manata (azalma 3,9%) bərabərdir.
1 yanvar 2016-cı il tarixinə qrupun kapitalı 131 mln. 667,733 min manat təşkil edib (1 yanvar 2015-ci il tarixinə 24 mln. 190,555 min manat məbləğində mənfi qiymətə qarşı). Cari ilin əvvəlinə qrupun yığılmış ümumi zərəri 99 mln. 985,759 min manat həcmində qiymətləndirilir.
2010-cu ildə təsis edilmiş "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 25 müxtəlif inkişafyönümlü şirkətdən ibarətdir. Hazırda qrupun nizamnamə kapitalı 15 mln. manat təşkil edir və 5 il ərzində 50 mln. manata çatdırılacaq.
“Synergy Group”un çoxsektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, sənaye və kənd təsərrüfatı sahələrinə iri yatırımlardan ibarətdir.
"Synergy Group” ASC-nin investisiya strategiyası yatırımların yüksəkrentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.*
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət