Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan arasında aprel döyüşləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sistem böhranına səbəb oldu. Rusiyalı politoloq Oleq Kuznetsov belə hesab edir.
“KTMT sistem böhranı vəziyyətindədir. Bu təşkilata üzv-ölkələrin Qarabağ münaquişəsi zonasında aprel hadisələrinə reaksiyası ilə əlaqədardır”, - deyə O.Kuznetsov cümə axşamı Bakıda “Cənubi Qafqaz” politoloqlar Klubunun “RF XİN başçısı S.Lavrovun Azərbaycana səfərinin yekunları və regionda siyasi proseslərin cari dinamikası” mövzusunda keçirilən iclasda bəyan edib.
Onun sözlərinə görə, əgər əvvəllər Belarusun dövlət müdafiə doktrinası prezidentin fərmanı ilə təsdiq olunurdusa, indi bu sənədə dövlət qanunu statusu verilib. “Tez zamanda qəbul edilən dövlət qanununa əsasən, Belarus hərbçiləri bu ölkənin hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak etmirlər. Bu, Belarusun heç zaman və heç bir halda KTMT çərçivəsində Ermənistana yardım etməyəcəyi deməkdir. Dəqiq və obyektiv mövqedir”, - deyə O.Kuznetsov qeyd edib.
Politoloq vurğulayıb ki, Qarabağ məsələsində Qazaxıstanın da Ermənistanı dəstəkləməsinə dair mövqeyi bu cür aydın və dəqiqdir. “Söhbət Moskva tərəfindən İrəvana dəstək barədə gedirsə, müvafiq olaraq, bu səylər KTMT çərçivəsində deyil, ikitərəfli münasibətlər çərçivəsində həyata keçiriləcək”, - deyə politoloq bildirib.
O xatırladıb ki, KTMT-nin Nizamnaməsinə əsasən, kollektiv təhlükəsizlik suveren dövlətlərin ərazisini əhatə edir, “Qarabağ isə suveren Azərbaycanın ərazisidir”.
“Bu səbəbdən, rusiyalı hərbçilər öz qanunlarını pozmayacaqlar və Dağlıq Qarabağ ərazisində Ermənstanın maraqlarını təmin etməyəcəklər. Əgər bu baş verərsə, KTMT sadəcə fəaliyyətini dayandıracaq”, - deyə O.Kuznetsov bəyan edib.
“Buna görə, Rusiyanın xüsusi təyinatlılarının hər hansı vəchlə Dağlıq Qarabağda erməniləri dəstəklədiyini və ya türk xüsusi təyinatlıların aprel döyüşləri zamanı Tərtər rayonunda erməni mövqelərinə hücum etdiklərini bəyan etmək ağılsızlıqdır. Bu cür informasiyalar bir mənbənin yalan məlumatlarıdır”, - deyə o əlavə edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət