Azərbaycan regional əməkdaşlığın genişlənməsinə yönəlmiş səyləri dəstəkləyir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
"Rusiya XİN başçısı Sergey Lavrov deyib ki, regionda nə qədər güclü əlaqələr qursaq, hamımız üçün bir o qədər yaxşı olacaq. Rusiya və Türkiyə regionun ən böyük ölkələridir və biz regional əməkdaşlığın inkişafına yönəlmiş addımları alqışlayırıq", - deyə E.Məmmədyarov bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Moskva və Ankara arasında münasibətlərin normallaşmasını alqışlayır və hesab edir ki, bu yaxınlaşma Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək.
XİN başçısı qeyd edib ki, regional inkişafı nəqliyyat sahəsində layihələr hesabına təmin etmək olar.
O əlavə edib ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək. Görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olunacaq.
"Bundan başqa, biz İpək yolu layihəsinin Türkiyə ərazisini əhatə etməsi üzərində fəal işləyirik. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizi işə salındıqdan sonra mümkün olacaq", - deyə E.Məmmədyarov vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət