Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin İzmir şəhərinə, Petkim şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirildi.
Tədbir iştirakçılarını salamlayan BANM-in rektoru Elmar Qasımov öncə “Petkim” şirkətində istehsalat təcrübəsi keçmək imkanı qazanan 26 tələbəni təbrik edib və onlara uğurlar arzulayıb. Rektor tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il Ali Məktəbin tələbələrinin SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, bu nəhəng şirkətdə təcrübə keçmək imkanı qazanan tələbələrin şanslı olduğunu vurğulayaraq onların orada gedən iş prosesi ilə yaxından tanış olmaq, istismarda olan hər bir qurğunun avadanlığı, texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanların qazandığını valideynlərin diqqətinə çatdırıb. Rektor bu təcrübənin tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların təcrübəli kadr kimi yetişməsinə kömək edəcəyini bildirib.
Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ötən ildən etibarən BANM və Petkim şirkəti arasında əldə olunan razılaşmaya əsasən, Ali Məktəbin seçilən tələbələri ildə bir dəfə olmaqla Petkim şirkətində yay istehsalat təcrübəsinə göndərilirlər. Bu il tələbələr 18 iyul-29 avqust tarixləri arasında bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət