Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsiDövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əlaqəli şəkildə ölkəmizin beynəlxalq nüfuzuna və milli maraqlarına xələl gətirən, bərqərar olmuş hüquq sisteminə və miqrasiya tənzimləmə münasibətlərinə zərbə vurmağa cəhd edən xarici ölkə vətəndaşı tərəfindən törədilmiş cinayət əməllərini ifşa edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Müəyyən edilib ki, Çexiya Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşı aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən və sosial şəbəkələrdə yayılmış foto şəkillərindən qanunsuz istifadə edərək saxta adla özünü Azərbaycan vətəndaşı kimi təqdim edib.
"Həmin şəxs sosial şəbəkələr vasitəsi ilə tanış olduğu Almaniya Federativ Respublikası vətəndaşını evlənmək adı ilə aldadaraqDövlət Miqrasiya Xidməti rəisinin imzasını və digər rəsmi sənədləri saxtalaşdırmaqla, eyni zamanda Azərbaycan ərazisindən çıxmaq və xarici ölkədə yaşamaq üçün Azərbaycandakı şəxsi bank hesabında 9 min 500 avro məbləğində pul vəsaitinin olması barədə mövcud olmayan qanunvericilik normalarına istinad edərək onun 4 min 140 аvro məbləğində pulunu Çexiyada açdığı bank hesabına köçürtməklə ələ keçirib. Bundan başqa, həmin şəxs eyni məqsəd və üsulla Böyük Britaniya və Şimali İrlandiya Krallığı vətəndaşını da aldadaraq 12 min 500 funt sterlinq məbləğində pulunu ələ keçirməyə cəhd edib”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi və həmin əməllərə cəhd edilməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.*
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət