Hesablama Palatası cari ilin altı ayı ərzində 42 nəzarət tədbiri keçirib və 6,3 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpasını təmin edib. Bu barədə Palatadan məlumat verilib.
“Birinci yarımillikdə 42 nəzarət tədbiri keçirilib və 19 tədbirin nəticələri ilə bağlı qərar qəbul olunub”, - deyə məlumatda deyilir.
Hesablama Palatasına təqdim edilən məlumatlara görə dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılan tədbirlərin nəticəsi olaraq müvafiq olaraq 2,5 mln. manat və 3,8 mln. manat məbləğində, ümumilikdə isə 6,3 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.
2016-cı ilin altı ayı ərzində aparılmış nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 217,7 mln. manat təşkil edib. Hesabat dövründə malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı müəyyən edilmiş nöqsanlar bir neçə istiqamətdə fəaliyyəti əhatə etmiş, o cümlədən 69 halda ehtimal olunan qiymətin müəyyən düzgün müəyyən olunmaması müəyyən edilib. Bundan başqa, dövlət satınalmaları üzrə təxminən 190 müxtəlif qanun pozuntusu aşkar edilib.
Birinci yarımillikdə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yoxlama aparılıb və 97,3 mln. manat vəsaiti əhatə edib. Hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilən kreditlər üzrə keçirilən nəzarət tədbiri isə 2,2 mln. manat və $63,8 məbləğində vəsaiti əhatə edib.
Nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib, o cümlədən 4 nəfər işdən azad edilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət