Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların növbəti raundu 2017-ci ilin əvvəllərində keçirilə bilər. Bu barədə təşkilatın saytında məlumat verilir.
Ötən həftə respublikanın ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqlar baş tutub.
Azərbaycanın ÜTT-yə üzv olması üzrə işçi qrupun rəhbəri Valter Verner respublikada ticarət rejiminin ÜTT-nin tələblərinə uyğunlaşdırılması istiqamətində irəliləyişi yüksək qiymətləndirsə də, Azərbaycanı və üzvləri danışıqlar prosesini sürətləndirməyə çağırıb.
Görüşdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkədə iqtisadiyyatın şaxələndirilməsinə və enerji resurlarının qiymətlərinin azalması ilə bağlı çətinliklərin öhdəsindən gəlinməsinə yönəldilmiş milli strateji yol xəritəsinin qəbul edilməsi barədə məlumat verib. “Biz ÜTT-yə qoşulmaq və bu prosesin sürətləndirilməsi üçün addımlar atmaq niyyətinə sadiqliyimizi təsdiq edirik”, - deyə o bildirib.
İşçi qrupun üzvləri Azərbaycanın yaxın zamanlarda danışıqları başa vuracağına ümidvar olduqlarını bildiriblər.
V.Verner ÜTT üzvləriniAzərbaycanla danışıqlar prosesini intensivləşdirməyə çağırıb.
Bundan başqa, o, növbəti görüşün gələn ilin əvvəllərində keçiriləcəyinə ümidvar olduğunu deyib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün ərizə verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında Oman və BƏƏ, 2010-cu ilin may ayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət