Jan Age Hansen “ExxonMobil”in Azərbaycan üzrə baş meneceri təyin edilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Çərşənbə axşamı energetika naziri Natiq Əliyev “ExxonMobil” şirkətinin Azərbaycan üzrə baş meneceri Elister Maklidi (Alistair MacLeod) fəaliyyətinin müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Yeni baş menecer vəzifəsinə təyin olunmuş Jan Age Hanseni nazirə təqdim olunub”, - deyə məlumatda deyilir.
Görüşdə “ExxonMobil”in Azərbaycan layihələrinə yeni menecerin rəhbərlik etdiyi dövrdə də əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə əminlik ifadə olunub.
“ExxonMobil” şirkətini etibarlı tərəfdaş kimi dəyərləndirən N.Əliyev bildirib ki, şirkət təkcə enerji layihələri ilə deyil, həm də iştirak etdiyi müxtəlif sosial proqramlarla mühüm nailiyyətlərə imza atıb. Nazir bundan sonrakı dövr ərzində də “ExxonMobil”in təcrübəsi və imkanlarından bəhrələnməyə ehtiyac olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda vurğulanır.
Həmçinin, N.Əliyev “ExxonMobil”in yeni rəhbərliyinə fəaliyyətində Azərbaycan hpkuməti tərəfindən dəstək ifadə edib.
Tərəflər əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə mümkün perspektivləir müzakirə ediblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət