Hesablama Palatası Dünya Bankının maliyyələşdirdiyi “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsinin icrası zamanı bir sıra nöqsanlar aşkar edib.
Palatanın məlumatında qeyd olunur ki, Hesablama Palatasının kollegiyası bu layihə üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı auditorun hesabatını müzakirə edərək təsdiq edib.
Layihənin dəyəri $114,3 mln. təşkil edir. Bunun $80 mln.-u Dünya Bankının, $34,3 mln.-u - Azərbaycan hökumətinin payıdır.
“Layihənin icra olunduğu 2011-2015-ci illərdə $90,5 mln. məbləğində və ya 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb”, - deyəö məlumatda vurğulanır.
Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən riayət edilməyib, bir sıra müqavilələrin bağlanılmadığı müəyyən olunub. Həmçinin Sudan İstifadəedənlər Birliklərinə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb.
Bundan başqa, istismara qəbul edilən 15 mln. 269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.
“Layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki,2015-ci ilin sonuna nəzərdə tutulan kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub”, - deyə məlumatda qeyd edilir.
Hesablama Palatasına aşkar edilən nöqsanların barədə qərarın surətini “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət