“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması iştirakçı ölkələrin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov belə hesab edir.
Çərşənbə günü Azərbaycan vəı İranın nümayndə heyətinin Bakıda görüşü keçirilib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması məsələləri müzakirə olunub. İranın nümayəndə heyətinə yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Əsgər Fəxriyyə Kaşan başçılıq edib.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması iştirakçı ölkələrin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq”, - deyə məlumatda C.Qurbanovun sözlərindən sitat gətirilir.
O həmçinin qonaqlara Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verdi.
Öz növbəsində, Ə.Kaşan qeyd edib ki, bu layihə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
İclasda həmçinin Azərbaycan tərəfinin Astara-Rəşt dəmir yolu tikintisinə ölkəmizin maliyyə yatırımı, dəmir yolu tikintisinin qrafiki, işlərinin həyata keçirilməsi məsələləri müzakirə olundu.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin məqsədi Rusiya, Azərbaycan, İran, Hindistan və Omanın nəqliyyat-informasiya magistrallarının inteqrasiyasıdır.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində 375 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur.
“Şimal-Cənub” layihəsi çərçivəsində ilk yük qatarının yola salınması 2016-cı ilin avqust ayında planlaşdırılır.Cari ilin avqust ayında ilk yük qatarı bərə ilə Mumbaidən Bender-Abbas limanına, sonra dəmir yolu ilə Reştə, daha sonra isə yük avtomobilləri ilə Azərbaycanın Astara şəhərinə çatdırılacaq. Yüklər dəmir yolu ilə Astaradan Moskvaya göndəriləcək. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət