İyulun 22-də lisenziyaları geri çağırılmış “Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”da əhalinin əmanətlərinin həcmi 110,714 mln. manat həcmində qiymətləndirilir. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov cümə günü mətbuat konfransında bəyan edib.
Bu 4 bank üzrə əmanətçilərin kompensasiya ödənişlərinin ilkin həcmi 126 mln. 956 min manat məbləğində qiymətləndirilir.
“Dəqiqləşdirilmiş məlumata görə, bu 4 bank üzrə 110 mlın. 714 min manat məbləğində vəsait əhaliyə kompensasiya şəklində ödəniləcək”, - deyə A.Cavadov bildirib.
Onun sözlərinə görə, “Zaminbank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi 36,35 mln. manat təşkil edir. Bütövlükdə, bankda qorunan əmanətçilərin sayı 10,742 min nəfərdir.
“Kredobank”da 27 mln. 768 min manat məbləğində əmanətlər kompensasiya olunmalıdır. Bankda qorunan əmanətçilərin sayı 4,542 min nəfərdir.
“Parabank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi 46,788 mln. manat təşkil edir. Bankda qorunan əmanətçilərin sayı 18,97 min nəfərdir.
“Dekabank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi 2,807 mln. manat təşkil edir. Bankda qorunan əmanətçilərin sayı 133 nəfərdir.
Avqustun 1-dən “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanacaq
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 4 bankın - “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyalarını ləğv edib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.
“Zaminbank” 1992-ci ildə yaradılıb və Azətrbaycanın aparıcı 15 bankına daxildir.
“Kredobank” 1994-cü ilin fevral ayında yaradılıb. Bankın səhmdarları 14 hüquqi və fiziki şəxsdir.
“Parabank" 1991-ci ildə yaradılıb.
“Dekabank” 1989-cu ildə yaradılıb və Azərbaycanın aparıcı 15 bankına daxildir. Bankın səhmdarları fiziki şəxslərdir. **
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət