"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Berlinə və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir.
Sözügedən marşrut üzrə uçuşlara sentyabrın 6-dan oktyabrın 29-dək (2016-cı il) aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də. Həmçinin, 30 oktyabr tarixindən etibarən (qış mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə) bu marşrut üzrə uçuşlar davam etdiriləcək.
Berlin Almaniyanın ən dinamik inkişaf edən turizm mərkəzlərindən biridir və yüksək həyat tempi olan böyük Avropa meqapolisidir. Almaniyanın paytaxtı hər il təxminən 10 milyon qonaq qəbul edir.
Aviabiletləri şirkətinwww.azal.azsaytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələriilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80;
*8880.
E-mail: callcenter@azal.az
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət