Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kredit təşkilatları vasitəsilə 2016-cı ilin birinci yarısında Azərbaycanda sahibkarlara 73 mln. 234,8 min manat məbləğində güzəştli kredit verib. Bu barədə rəsmi mətbuatda dərc olunan fondun kreditləşmə sahəsində hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun aylarında fondun vəsaitindən sahibkarların kreditləşməsinin həcmi 97 mln. 16,4 min manat təşkil edib. Beləliklə. Birinci yarımillikdə SKMF xətti ilə kreditləşmənin həcmi 24,5% azalıb.
2016-cı ilin yanvar-iyun ayları ərzində fonrin vəsaiti hesabına 1,252 min layihə maliyyələşdirilib (azalma 57,9% - İF-Az).
Bu layihələrin kreditləşməsi 3,189 min yeni iş yerinin yaradılmasına imkan verəcək.
Hesabat dövründə sənaye məhsullarının istehsalı və enalı sahəsində 14 mln. 388 min manat məbləğində 44 layihə, ASK məhsullarının istehsalı sahəsində 43 mln. 239,8 min manat məbləğində 1,2 min layihə, ASK məhsullarının emalı sahəsində 15 mln. 592 min manat məbləğində 7 layihə, xidmətlər (infrastruktur) sahəsinin inkişafı 15 min manat məbləğində 1 layihə maliyyələşdirilib.
SKMF-nin məlumatına görə, 2016-cı ilin birinci yarısı ərzində 59 mln. 431 min manat ümumi məbləğdə 15 xüsusi iri kredit, 10 mln. 453,8 min manat məbləğində 1,224 min kiçik kredit, 3 mln. 35 minh manat məbləğində 13 orta kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat kredit verilib. 2016-cı ildə Fondun vəsaitindən kreditləşmənin həcmi 250 mln. manat həcmində planlaşdırılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət