Türkiyənin NTV telekanalı xüsusi təyinatlı qüvvələrin birinci briqadasının komandiri Semih Terzinin güllələnməsi anını əks etdirən videokadrlar yayıb.
Baş verənləri şərh edən kadrarxası səsin məlumatına görə, Semih Terzi Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının komandanı Zekai Aksakallının əmri ilə güllələnib.
Telekanal qeyd edir ki, S.Terzi bir qrup əsgəri ilə birlikdə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının qərargahını ələ keçirmək məqsədilə Ankaraya gəlib. General Zekai Aksakallı S.Terzinin qərargahı ələ keçirmək üçün Ankaraya gəldiyini eşidəndə adyutantı, gizir Ömer Halisdemiri yanına çağırıb və ona qiyamçı generalı güllələməyi əmr edib.
“Ömər, səninlə 20 ilə yaxındır bərabərik. General Semih Terzi vətən xainidir, qiyamçıdır, onu qərargahın binasına girmədən öldür. Bu işin sonunda şəhid olmaq var, haqqını halal elə”, - deyə telekanal Z.Aksakallının sözlərindən sitat gətirir.
Komandanın bu əmrindən sonra gizir Ö.Halisdemir yoldaşları ilə vidalaşıb, qərargahın həyətindəki ağaclıqda gizlənərək S.Terzinin və əsgərlərinin gəlişini gözləməyə başlayıb.
“Qiyamçı general əsgərləri ilə birlikdə qərargahın həyətinə daxil olanda ağacların arasında gizlənən Ö.Halisdemir qəfildən onların arasına giri və yaxın məsafədən tapança ilə generala atəş açır, onun başından iki güllə vurur”, - deyə telekanal qeyd edir.
General yıxılır, onu müşaiyət edən qiyamçı zabitlərdən biri qaçmağa çalışan Ö.Halisdemirin arxasınca avtomatdan atəş açır və onu öldürür.
“Gizir Ö.Halisdemirə 20-dən çox güllə dəyir”, - deyə telekanal vurğulayır.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət