Bank VTB (Azərbaycan) cari ilin 8 avqust tarixində Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında iştirak edib. Toplantı Rusiya prezidenti Vladımır Putinin Azərbaycana səfəri çərçivəsində baş tutub. İclas Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin iştirakı ilə həyata keçirilib.
Tədbirdə Rusiya və Azərbaycanın aparıcı biznes nümayəndələri – ISR Holding, Azersun Holding, Detal Holding, Altes Group, Hayat Pharm, AtaHolding və digərləri iştirak edib.
Tədbir çərçivəsində VTB (Azərbaycan) nümayəndələri biznes təmsilçiləri ilə bir sıra görüşlər keçirib. Burada tərəflər arasında əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.
Bank VTB (Azərbaycan) Rusiya-Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığa dəstək olmaq, Azərbaycanda və Rusiyada biznes qurmaqda maraqlı olan hər iki ölkənin sahibkarlarına kömək etmək niyyətindədir. Bundan başqa, aparıcı beynəlxalq maliyyə qurumu olan VTB qrupun üzvü kimi bank VTB (Azərbaycan) qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi 23 ölkədə də Azərbaycan biznesinə öz dəstəyini təklif edir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət