2016-cı ilin iyul ayında Azərbaycanda deflyasiya 0,3% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyul ayında deflyasiya 0,3% təşkil edib. O cümlədən, ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, baxmayaraq ki, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1% bahalaşma olub”, - deyə Komitədən qeyd ediblər.
Statistik məlumatlara görə, ay ərzində qarabaşaq, yulaf və arpa yarmasının, toyuq və mal ətlərinin, şəkər və şəkər tozunun, limonun, albalının, gilasın, ərikin, çiyələyin, göyərtinin, soöan və sarmısağın qiymətlərində bahalaşma qeydə alınıb.
İyulda makaron məmulatlarının, balıq məmulatlarının, pasterizə olunmamış üzlü südün, yumurtanın, almanın, armudun, bananın, alçanın, gavalının, şafrtalının, qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, tütün məmulatlarının qiymətlərində ucuzlaşma müşahidə olunub.
Ötən ay qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, teleivizor və kompüterlərin, telefon və fotoaparatların qiymətlərində bahalaşma olub.
İyul ayında enerji təchizatı, dəmir yolu və hava nəqliyyatı ilə sərnişinlərin beynəıxalq daşınması və Azərbaycandan kənara turizm səfərlərinə qiymətlər bahalaşıb.
İyulun yekununa qiymətlərin orta illik artımı 10,6% təşkil edib. Həmçinin, il ərzində ərzaq məhsullarının qiymətləri 12%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,7% bahalaşıb.
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət