“Baltika-Bakı” şirkətinin qiymətləndirməsinə əsasən, 2016-cı ilin birinci yarısında ötən ilin analoji dövrü ilə müqayisədə pivə bazarının həcmi 30% azalıb.
“İlk yarım il ərzində ötən ilin analoji dövrü ilə müqayisədə pivə bazarında 30% azalma müşahidə olunub. Bunun səbəbi ölkədə yaranmış ağır makroiqtisadi vəziyyət və qanunvericilik tənzimləməsinin təsiridir, bu daşirkətin gəlirliliyinə də olduqca mənfi təsir göstərib”, - deyə məlumatda qeyd olunur.
Şirkətin qiymətləndirməsinə görə, milli valyutanin devalvasiyası (2015-cı il nisbətində təqribən 90%) və əhalinin bununla müşayiət edilən alıcılıq qabiliyyətinin düşməsi, satışların düşməsinə əsas səbəb olub.
Bundan başqa, məlumatda vurğulanır ki, 2016-cı ilin yanvar ayının ilk günlərində bütün sektorun staqnasiyasına səbəb olan aksiz markası ilə markalanan malların nağd hesablaşma əsasında satışını qadağan edən qanunun qısa müddət üçün qüvvədə olması,bazarın texnoloji cəhətdən hazır olmadığını göstərdi və məhsul satışlarının kəskin şəkildə dayanmasına səbəb olub, nəticə etibarı ilə tədarük zənciri yalnız fevralın sonuna bərpa edilib.
“75% bazar payı ilə şirkətin 2016-cı ilin birinci yarımilliyində müşahidə olunan satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25% azalıb”, - deyə məlumatda qeyd edilir.
Bununla belə, yaranmış çətin vəziyyətə baxmayaraq, ilk yarımillikdə şirkət bir sıra layihələri həyata keçirə bilib. Pivə istehsalında daha detallı mikrobioloji analizlərin aparılması məqsədi ilə şirkət müasir laboratoriya avadanlığı alıb, enerji effektivliyinin artırılması üzrə bir sıra innovasiyalar tətbiq edib, şirkətin flaqman brendi olan Xırdalan pivəsinin iki növ məhdud sayda seriyası istehsal edilib.
“Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət