Bank VTB (Azərbaycan) VTB Online internet bankinq xidmətini uğurla istifadəyə verdi. Artıq yeni xidmət sayəsində müştərilər onlayn rejimdə öz maliyyə vəsaitlərini rahat və operativ idarə edə biləcək. Müasir innovativ texnologiyalardan istifadə sayəsində VTB Online xidməti unikal funksiyalara və üstünlüklərə malikdir.
Sadə və intuitiv anlaşılan naviqasiyaya malik VTB Online servisi bütün bank əməliyyatlarını dünyanın istənilən nöqtəsindən 24/7 rejimində ən qısa müddətdə həyata keçirməyə imkan verir. İnternetə çıxış kifayətdir ki, müştərilər banka gəlmədən VTB (Azərbaycan)-ın məhsul və xidmətlərindən yararlanıb, çoxsaylı bank əməliyyatlarını reallaşdırsınlar. Belə ki, VTB Online müştərilərə depozit hesabı açmağa, kreditlərini, kommunal və mobil rabitə xidmətlərini ödəməyə, həmçinin hesab qalıqlarını öyrənməyə, ödəmələrinə nəzarət etməyə, çıxarışlar etməyə və hesablar üzrə tranzaksiyaların tarixçəsini saxlamağa imkan verir. VTB Online yüksək dərəcədə təhlükəsizliyi və etibarlılığı ilə fərqlənir.
“Bankımızın əsas məqsədi əminliyi, rahatlığı və zamanı dəyərləndirən müştəriləri üçün effektiv və etibarlı maliyyə yardımçısı olmaqdır. Biz, bankın fərdi və korporativ müştəriləri üçün maksimal dərəcədə sadə, lakin effektiv, bütün bank alətlərini özündə birləşdirən bir xidmət işləyib hazırlamışıq, - deyə, VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib. – Biz əminik ki, müştərilərimiz çox qısa zamanda elektron bankçılığın üstünlüklərini dəyərləndirib onun fəal istifadəçilərinə çevriləcəklər”.
VTB Online xidmətinə qoşulmaq üçün müştərilər bankın ofislərinə müraciət etməlidir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət