"Dekabank" ASC, "Parabank" ASC, "Zaminbank" ASC və "Kredobank" ASC-nin qorunan əmanətçiləri ümumilikdə 61,9 mln. manatdan artıq kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında deyilir.
“1 avqust 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. 23 avqust 2016-cı il tarixinə olan vəziyyətə görə, bu bankların əmanətçilərinə ümumilikdə 61,9 mln. manat kompensasiya ödənilib”, - deyə məlumatda vurğulanır.
“Parabank” ASC-nin qorunan əmanətçilərinə19,5 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 28,8 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə5,8 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,3 mln. manatdan artıq kompensasiya ödənilib.
Xəbər verildiyi kimi, əhalinin qeyd olunan banklardakı əmanətləri 110,714 mln. manat məbləğində qiymətləndirilir.
“Zaminbank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi məbləği 36,35 mln. manatdır. Bankın qorunan əmanətçilərinin ümumi sayı 10,742 min nəfər təşkil edir.
“Kredobank”da 4,542 min nəfərə 27 mln. 768 min manat, “Parabank»da 18,97 min nəfərə 46,788 mln. manat, “Dekabank”da 133 nəfərə 2,807 mln. manat kompensasiya ödəniləcək.
Maliyyə Bazarlarına Nəzarət PalatasınınDirektorlar Şurasının qərarına əsasən 22 iyul tarixindən etibarən “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyaları ləğv edilib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.
“Zaminbank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı 15 bankından biridir.
“Kredobank” 1994-cü ilin fevral ayında yaradılıb. Bankın səhmdarları 14 hüquqi və fiziki şəxsdir.
“Parabank” 1991-ci ildə yaradılıb.
“Dekabank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları fiziki şəxslərdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət