Bakı radikal terror təşkilatlarına ölkədə dövlətçiliyin pozulması və ictimai iğtişaşların yayılmasına yönələn planları həyata keçirməyə imkan verməyəcək. Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bəyan edib.
“Azərbaycan hökuməti radikal dini qruplaşmalara, istər vəhhabilər, istər radikal şiə təşkilatları və ya “gülənçi-nurçular” olsun, ölkədə dövlətçiliyə qarşı fəaliyyət aparmağa imkan verməyəcək”, - deyə B.Həsənov Mətbuat Şurasında “Dini radikalizmə qarşı mübarizədə medianın rolu” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları radikal qruplaşmaların mümkün fəaliyyəti ilə əlaqədar vəziyyəti ciddi nəzarətdə saxlayırlar.
“Hüquq-mühafizə orqanları radikal qruplaşmaların fəaliyyətinə ciddi zərbə vurublar. Bu məsələdə ictimaiyyətin düzgün məlumatlandırılması işində medianın üzərinə böyük məsuliyyət düşür”, - deyə B.Həsənov vurğulayıb.
B.Həsənov vurğulayıb ki, KİV cəmiyyətdə radikal ideyaların yayılmasının qarşısının alınması məsələsində hakimiyyətə dəstək verməlidir.
“Cəmiyyətdə radikal fikirlərin yayılmasına əngəl olmaq çətindir. Gömrük strukturları ölkəyə radikal yönümlü ədəbiyyatın gətirilməsinin qarşısını ala bilərlər. Bəs radikal ideologiya ilə nə etməliyik? Bu istiqamətdə nəinki hökumət və hakimiyyət, həm də KİV orqanları mübarizə aparmalıdır. Onlar cəmiyyət arasında maarifləndirmə işinin aparılması məqsədilə analitik materiallar dərc etməlidir. Media ümummilli əhəmiyyət kəsb edən məsələlərdə hakimiyyətlə həmrəy olmalıdır”, - deyə o bildirib.
B.Həsənov ötən il Nardaran qəsəbəsində baş verən qarşıdurma və cari il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdlərini həyəcanlı siqnallar adlandırıb.
“Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, Azərbaycanda hadisələrin hansı ssenariyə əsasın inkişaf edəcəyini təsəvvür etmək çətindir. Buna görə, ölkəmizdə “gülənçilik” ideyasının yayılması və Fətullah Gülənin tərəfdarlarına qarşı ciddi mübarizə aparmaq lazımdır. O cümlədən, ötən il Nardaran qəsəbəsində baş verən hadisələr həyəcan siqnalı oldu. O zaman radikal qüvvələr cəmiyyətdə qarşıdurma yaratmağa cəhd etdilər. Azərbaycan Konstitusiyasında deyilir ki, din dövlətdən ayrıdır. Buna baxmayaraq, din milli və dövlətin maraqlarına xidmət etməlidir. Separatizmin inkişafına aparan dağıdıcı qüvvə olmamalıdır”, - deyə B.Həsənov vurğulayıb. **
R.Babaye
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət