Cümə axşamı prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Mərasim obyektin tikintisinin həyata keçirildiyi Bakı dərin özüllər zavodunda baş tutub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin “Şahdəniz-2” üzrə vitse-prezidenti Yuan Dramond “Şahdəniz” layihəsi ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verdilər.
Xwsusilə bildirildi ki, mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin 77%-i tamamlanıb.
Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq insan cəlb edilib və onların 80%-dən çoxu Azərbaycan vətəndaşı olub.
Bundan başqa, layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə artıq 10 istismar quyusu qazılıb.
BP-nin məlumatına görə, bu dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılacaq.Blok “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumları tərəfindən inşa edilib.Bu işlərin təxminən 40 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, 1,2 min nəfərdən çox işçi cəlb edilib. Tikintiyə cəlb olunmuş işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ildə başlanılacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət