Müştərilərinin rahatlığı və xidmət səviyyəsinin artırılması məqsədi ilə Bank VTB (Azərbaycan) paytaxtdakı mərkəzi ofislərindən biri olan “Azadlıq” filialının uzadılmış iş qrafikində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edib. Bu zaman vacib faktor kimi tədris ilinin başlanması və bununla əlaqədar yollarda yaranan sıxlıq nəticəsində müştərilərin bank əməliyyatlarını adi iş qrafiki çərçivəsində həyata keçirməkdə çətinlik çəkəcəyi nəzərə alınıb.
Bankın qərarına əsasən, “Azadlıq” filialı aşağıdakı qrafiklə müştərilərinə xidmət göstərməyə davam edəcək:
Bazar ertəsi – Cümə - 9:00 – 21:00
Şənbə - 10:00 – 19:00
Bazar – istirahət günü
Uzadılmış iş qrafiki müştərilərə kredit borcunun ödənilməsi, valyuta mübadiləsi, sürətli pul köçürmə sistemləri vasitəsi ilə pul göndərmək və almaq, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartın sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların alınması, kredit sifarişlərinin qəbulu və məsləhətlər kimi xidmətlərdən onlar üçün rahat olan vaxtda istifadə etmək imkanı verir.
VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib: “İş qrafikinin uzadılması banka müasir tələblərə cavab verməyə imkan yaradır. Təcrübəmiz sübut etdi ki, filialın iş qrafikinin artırılması barədə qərar düzgün addım idi, axşam saatlarında və şənbə günlərində istər fiziki, istər hüquqi şəxslər tərəfindən bank xidmətlərinə böyük tələbatın olduğunu müşahidə etdik. Bundan sonra da bank əməliyyatlarını vaxtında yerinə yetirmək üçün müştərilərimizə işdən icazə almağa ehtiyac olmayacaq”.
“Azadlıq” filialı Bakıda, Azadlıq prospekti, 92 ünvanında, Nəsimi bazarının yanında yerləşir. Daha ətraflı məlumatı bankın vahid 986 (Azercell nömrələrindən – 012 986) qısa nömrəsindən almaq olar.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət