Dünyanın 15 ölkəsindən 200-dən artıq deleqat 2016-cı il dekabrın 7-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da iştirak etmək üçün qeydiyyatdan keçib.
Tədbirdə, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturları, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkət rəhbərləri iştirak edəcəklər.
Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, forum üç sessiyadan ibarət olacaq.
“İqtisadi islahatlar – 2016. İlkin nəticələr” adlı birinci sessiya “Dünya bazarlarında böhran şəraitində iqtisadiyyatın inkişaf perspektivləri, iqtisadiyyatda islahatlar”, “Özəl sektorun stimullaşdırılması yolları və ixracyönümlü sahələrin inkişafı” kimi mövzuları əhatə edəcək.
“Əsas layihələr. Azərbaycanın enerji sektorunun investisiya cazibədarlığı” adlı ikinci sessiya çərçivəsində aşağıdakı məruzələr təqdim olunacaq: “Xəzərin Azərbaycan sektorunun əsas yataqları. Perspektivli sahələrin kəşfinin ilkin nəticələri”, “Downstream sahəsində əsas ixracyönümlü layihələr”, “Bərpaedilən enerji, külək elektrik stansiyaları, termal günəş stansiyaları, geotermal və hidroenerji layihələri”.
“İnkişafın xammal modelindən ixracyönümlü modelinə keçid” adlı üçüncü sessiya çərçivəsində aşağıdakı məruzələr nəzərdən keçiriləcək: “Sənaye parklarının inkişafı, Azərbaycan iqtisadiyyatının investisiya cazibədarlığı”, “Stimullaşdırma ilə bağlı vergi tədbirləri”, “Azərbaycanda kiçik və orta biznesin inkişafı – iqtisadiyyatın rəqabətədavamlılığının əsası”, “Azərbaycan və Aİ arasında strateji partnyorluq barədə saziş - əməkdaşlığın institusional perspektivləri, Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsipləri”, “Maliyyə sabitliyi – iqtisadiyyatın aparıcı sahələrinin investisiya cazibədarlığının əsası”, “Bank sektorunun rəqabətədavamlılığı, açıq iqtisadiyyatın əsasları”, “Aparıcı nəqliyyat layihələri – “Şimal-Cənub” və “Bir qütb – bir yol – Böyük İpək yolu”, onların həyata keçirilmə mərhələləri”, “Pekinlə London arasında – birləşmə, hab, tarif siyasəti, perspektivli yük axını”, “Bakı-Tbilisi-Qars magistralının işə salınması, layihənin perspektivləri”.
Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklərin və işgüzar naharın təşkili nəzərdə tutulub.
4-cü Beynəlxalq Caspian Energy Forum – 2016-nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri cənab İlham Əliyevə “İlin islahatçısı” nominasiyasında Beynəlxalq Caspian Energy Award mükafatı tədqim olunacaq.
“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə “Caspian Energy”nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award” beynəlxalq mükafatı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyi ilə təşkil olunur.
Forumda iştirak etmək üçün qeydiyyat: http://caspianenergyforum.com/index.php/en/registration
ARAYIŞ üçün:
Caspian European Club (Caspian Business Club) sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən dinamik inkişaf edən ən nəhəng regional təşkilatdır.
Caspian European Club (Caspian Business Club) Azərbaycanda ayda iki dəfə, digər Xəzər-Qara dəniz regionu ölkələrində ayda bir dəfə biznes-forum və dəyirmi masalar təşkil edir. Həmin tədbirlər çərçivəsində sahibkarlara dövlət qurumlarının iştirakı ilə biznes problemlərini müzakirə etmək və onların həlli üzrə təkliflər irəli sürmək imkanı yaradılır.
Caspian Energy International Media Group artıq 17 ildir ki, MDB və Aİ dövlətlərinin prezidentləri və baş nazirləri, nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərləri ilə maraqlı müsahibələr, həmçinin xülasələr və aparıcı ekspertlərin analitik materiallarını dərc edir.
Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı bir çox investorların fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club)tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət