SOCAR Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi çərçivəsində səhmlərin (66%) alınması üzrə sövdələşmənin uğurla başa çatması üçün Yunanıstan hökumətindən kompromis gözləyir. Bunu İzmirdə azərbaycanlı jurnalistlərə "SOCAR Energy Greece" şirkətinin baş direktoru Anar Məmmədov deyib.
O vurğulayıb ki, Yunanıstanda qazın qiymətinin hesablanması qaydalarına dəyişiklik edilməsi DESFA-nın tariflərinə mənfi təsir göstərəcək.
“Dəqiq hesablamalar və təhlillər aparılmalı olsa da, hesab edirik ki, yeni şərtlərdə şirkət dəyərinin 50%-ə qədərini itirib. Qanunvericiliyə dəyişikliklər olduğu kimi qalsa, artıq bu layihə bizim üçün o qədər də maraqlı olmayacaq. DESFA-nın özəlləşdirilməsi kommersiya nöqteyi-nəzərindən mənalı olmalıdır. Biz yeni şərtlərə hazır deyilik və onlar bizim üçün o qədər də maraqlı deyil”, - deyə A.Məmmədov qeyd edib.
Baş direktorun sözlərinə görə, SOCAR əvvəlki şərtlərlə özəlləşdirmədə iştirakı davam etdirməyə hazırdır və Yunanıstan tərəfinin kompromisə gedəcəyini gözləyir.
"Biz Yunanıstan hökuməti ilə danışıqlar aparırıq və kompromisə getməyə hazır olduğumuzu bildirmişik. Biz DESFA-nın özəlləşdirilməsində və bu prosesin əvvəlki şərtlərlə başa çatmasında maraqlıyıq. Əgər Yunanıstan da özəlləşdirmənin başa çatmasında maraqlıdırsa, hökumət bunu bizə göstərməlidir", - deyə o vurğulayıb.
A.Məmmədov deyib ki, SOCAR-ın özəlləşdirmə prosesində iştirak etmək üçün zəmanət məktubunun müdddəti 2016-cı il sentyabrın 30-da başa çatır.
"Bu müddəti çox tez uzatmaq olar, amma bunun üçün ciddi əsas olmalı və Yunanıstan tərəfi müsbət addımlar atmalıdır. Ümid edirik ki, kompromisə gəlinəcək", - deyə o bildirib.*
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət