SOCAR prezidenti Rövnəq Abdullayev sentyabr ayının sonunda Afinada Yunanıstan hökuməti ilə ölkənin qazpaylayıcı şəbəkəsinin operatoru DESFA şirkətinin 66%-lik səhm paketinin əldə edilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
"Mən sentyabr ayının sonunda Afinada Yunanıstan hökuməti ilə bu məsələ ilə bağlı danışıqlar aparmaq niyyətindəyəm. Onlar bizi gözləyir", - deyə R.Abdullayev bu gün jurnalistlərə bildirib.
O, KİV-i bu sövdələşmə ətrafında ajiotaj yaratmamağa çağırıb.
SOCAR prezidentinin sözlərinə görə, Yunanıstan hökumətinin mövqeyinə hörmətlə yanaşmaq lazımdır.
Xəbər verildiyi kimi, SOCAR DESFA-nın özəlləşdirilməsi çərçivəsində səhmlərin (66%) alınması üzrə sövdələşmənin uğurla başa çatması üçün Yunanıstan hökumətindən kompromis gözləyir. Yunanıstan tərəfi qazın qiymətinin hesablanması qaydalarına dəyişiklik edib və SOCAR-ın qiymətləndirmələrinə görə, nəticədə şirkət dəyərinin ən azı 50%-ni itirəcək. SOCAR yeni şərtlərə hazır deyil və onlar şirkət üçün o qədər də maraqlı deyil.
SOCAR əvvəlki şərtlərlə özəlləşdirmədə iştirakı davam etdirməyə hazırdır və Yunanıstan tərəfinin kompromisə gedəcəyini gözləyir.
SOCAR-ın özəlləşdirmə prosesində iştirak etmək üçün zəmanət məktubunun müdddəti 2016-cı il sentyabrın 30-da başa çatır.
Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) yalnız iki namizəddən - İtaliyanın “Snam” şirkəti və “Fluxys-Enagas” şirkətlər alyansından DESFA-nın səhmlərinin 17%-nin alınmasına dair rəsmi təklif alıb. “Fluxys” 8%, “Enages” 9% pay sahibi olmaq istəyir.
Lakin Yunanıstan KİV-ləri bu ilin mart ayında “Fluxys”, “Enages” və “Snam” şirkətlərinin DESFA-da səhmlərin 17%-ni almaqdan imtina etməsi barədə məlumat yayıblar.
2013-cü il iyulun 31-də HRADF DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
Yunanıstanın qanunvericiliyinə və Avropa Birliyinin energetika üzrə üçüncü direktivinə müvafiq olaraq Avropa Komissiyası bu sövdələşmə üzrə son bəyənilmə qərarı verməlidir.
2014-cü ilin noyabr ayında Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin 66%-nin SOCAR tərəfindən alınmasına dair sövdələşmənin Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb.*
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət