“ADY Express” “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yükdaşımalara başlayıb. Bu barədə şirkətdən məlumat verilib.
“Şirkət, test məqsədi ilə İrandan 4 yük avtomobilində Astara sərhəd məntəqəsindən qəbul edilmiş 90 ton yüngül distilat neft məhsulu Astara neft terminalında iki çən vaqonuna boşaldıb. İlkin mərhələdə bu yükün həcminin ayda 10 min ton olacağı, perspektivdə isə bir neçə dəfə artacağı gözlənilir”, - deyə məlumatda deyilir.
Şirkət qeyd edib ki, yaxın vaxtlarda həmin vaqonlar Astara dəmir yolu stansiyasından Gürcüstanın Batumi stansiyasına yola salınacaq. Batumi dəniz limanından yük Qara dəniz vasitəsilə təyinatı üzrə çatdırılacaq.
Cənub–Qərb” nəqliyyat dəhlizi üzrə razılaşma “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə 2016–cı ildə Azərbaycan, Gürcüstan, İran və Ukrayna tərəfindən Bakıda imzalanıb. Dəhliz Hindistan -Fars Körfəzi–İran–Azərbaycan–Gürcüstan–Qara dəniz–Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət