Terrorçuluq, dini ekstremizim və separatçılıq beynəlxalq təhlükəsizliyə əsas təhdidlər olaraq qalırlar. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev qeyd edir.
“Bu gün terrorçuluq, dini ekstremizim və separatçılıq əvvəlki kimi, beynəlxalq təhlükəsizliyə əsas təhdiddir. Əfsuslar olsun ki, son zamanlar konfessiyalararası və etnikarası zəmində gərginlik artır”, - deyə İ.Əliyev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasının iştirakçılarına ünvanlanan müraciətdə bildirib.
Müraciətin mətnini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.
Prezident vurğulayıb ki, beynəlxalq birliyin səylərinə baxmayaraq, bu cür təhdidlərin sayı azalmır, vəziyyət mürəkkəb olaraq qalır.
“Xüsusilə, “İslam dövləti” terror təşkilatının fəaliyyəti ilə bağlı cihad ideologiyasının yayılması narahatlıq doğurmaya bilməz. Radikal dini ideologiyanın MDB ölkələrində yayılması təhlükəsi və İŞİD ilə əlaqəli terror strukturlarının gizli şəbəkəsinin formalaşması bütün tərəfdaş xidmətlərinin əməkdaşlığının möhkəmləndirilməsini şərtləndirir”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
O bu cür əlaqənin yaratdığı bütün imkanlardan tam həcmdə istifadəsini vacib hesab edir.
“Artıq iyirmi ilə yaxın bir dövr ərzində təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurası formatında görüşlər xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid ən mühüm məsələlərin müzakirəsi üçün effektiv beynəlxalq meydançalardan biridir. Şübhəsiz, bugünkü iclas MDB ölkələrinin milli təhlükəsizliyinin təminatı məsələsində gələcəkdə səylərin birləşməsinə xidmət edəcək”, - deyə müraciətdə deyilir.
Prezident qeyd edib ki, Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azalmasına böyük diqqət ayırır. “Sabitlik və təhlükəsizlik şəraitinin yaradılması, milli maraqlara təhdidlərin zamanında aşakr edilməsi və qarşısının alınması istənilən dövlətin mövcudluğu, onun müstəqilliyi və uğurlu inkişafının təməlidir”, - deyə müraciətin mətnində bildirilir. **
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət