Nazirlər Kabineti “Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qayadala əsasən, dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaqlarda investorla birgə texnopark yaradıla bilər.
Birgə texnoparkın yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin təklifinə əsasən Azərbaycan prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir.
İnvestor dövlət mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanına və ya dövlət müəssisəsinə, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyəyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə xüsusi mülkiyyətçiyə birgə texnoparkın yaradılması haqqında investisiya təklifi ilə müraciət edir. Dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaqlarda birgə texnoparkın yaradılması məqsədi ilə daxil olan investisiya təklifinə 20 iş günü müddətində baxılır.
İdarəedici təşkilat dövlətin iştirak payı olan birgə texnoparklarda dövlətin və investorun iştirak payına uyğun təsisçiliyi ilə, bələdiyyənin iştirak payı olan birgə texnoparklarda bələdiyyə və investorun iştirak payına uyğun təsisçiliyi ilə, xüsusi mülkiyyətçinin iştirak payı olan birgə texnoparklarda xüsusi mülkiyyətçinin və investorun iştirak payına uyğun təsisçiliyi ilə yaradılır.
Birgə texnoparkın daha səmərəli idarə olunmasını təmin etmək üçün birgə komissiyanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər. İdarəedici təşkilat və operator birgə texnoparkın fəaliyyətinə görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti birgə texnoparkın idarə olunmasına dair idarəetmə sazişi çərçivəsində həvalə olunmuş funksiyaları icra etməkdən ibarətdir.
Birgə texnoparkın fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
birgə texnoparkın fəaliyyəti üçün ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə gətirilir; birgə texnoparkın infrastrukturu yaradılır; inkubator və texnologiya transferi mərkəzi yaradılır;
fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və (və ya) yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmil-ləşdirilməsi və istehsalı üçün elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi təşkil edilir. İnkubator və texnologiya transferi mərkəzindən başqa, birgə texnoparkdainnovasiya fəaliyyətinin inkişafı və elmi fəaliyyətin genişləndirilməsi məqsədi ilə digər struktur bölmələri də yaradıla bilər.
Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması xərclərinin, həmçinin gəlirlərin bölüşdürülməsi yaradılacaq idarəedici təşkilatın təsis müqaviləsi ilə müəyyən edilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət