Bu gün (5 oktyabr) CaspianEuropeanClub-un(CaspianBusinessClub) İdarə Heyətinin yeni tərkibinin ilk iclası keçirilib.
İclasa sədrlik edən CaspianEuropeanClub-un(CaspianBusinessClub) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev yeni üzvlərin seçilməsi münasibətilə CaspianEuropeanClub-un (CaspianBusinessClub) İdarə Heyətini təbrik edərək, 2017-ci ilin payızınadək həyata keçirilməsi mütləq olan strategiya, yeni layihə və vəzifələr barədə danışıb.
İdarə Heyətinə seçkilər iyunun 13-dən sentyabrın 13-dək Klubun saytında (www.caspianenergy.org) keçirilib. Səsvermə hüququna yalnız qeydiyyatdan keçmiş iştirakçılar - CaspianEuropeanClub-un(CaspianBusiness Club) üzvləri sahib idilər. Bundan əlavə, 1000-dən çox səs toplamış hər bir namizəd CaspianEuropeanClub-un(CaspianBusinessClub) İdarə Heyətinin tərkibinə daxil olmaq imkanı əldə etdi.
Caspian European Banking Club, Caspian European Tourism Club və Caspian European Auto Club-a rəhbərlik etmək üçün iştirakçılardan heç kim yetərli miqdarda səs toplamayıb. Gənc sahibkarlarla iş üzrə komitənin rəhbər vəzifəsi də vakant olaraq qalıb.
Telman Əliyevin sözlərinə görə, ayda iki dəfə sahə klublarının prezidentlərinin sədrliyi ilə dəyirmi masa formatında klubların iclasları təşkil olunacaq. Dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək bu görüşlər çərçivəsində şirkət rəhbərləri öz fəaliyyətləri, problemləri və onların həlli yolları barədə məlumat veriləcək. “2017-ci ildə Caspian European Club (Caspian Business Club) 15 illik yubileyini qeyd edəcək. Bundan əlavə, 2017-ci ilin martında Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə çap olunan “Caspian Energy” jurnalının 100-cü nömrəsi nəşr ediləcək. İdarə Heyətinin üzvlərinin təklifinə görə, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin prezidentləri və baş nazirləri ilə görüşlər yenidən bərpa ediləcək. Əsas diqqət Azərbaycan, Qazaxıstan və Gürcüstanın dövlət qurumları ilə birgə biznes-forumların təşkilinə yönəldiləcək. Həmin biznes-forumların işində Caspian European Club-un (Caspian Business Club) üzv şirkət rəhbərləri ilə bərabər həmin ölkələrdə təmsil olunan diplomatik korpus nümayəndələri, beynəlxalq maliyyə institutlarının və profil assosiasiyaların nümayəndələri də fəal iştirak edirlər”, - deyə T.Əliyev söyləyib.
Telman Əliyev dekabrın 7-də Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 300-dən artıq deleqatın toplaşacağı Caspian Energy Forum – 2016-nı klub çərçivəsində bu ilin əlamətdar hadisəsi adlandırıb. Sözügedən forum Azərbaycanda keçirilən islahatların ilkin nəticələrinə həsr olunacaq. Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevin iştirakı gözlənilir. Tədbirdə dövlət başçısına “İlin islahatçısı” nominasiyasında Beynəlxalq Caspian Energy Award – 2016 mükafatı təqdim olunacaq. Telman Əliyev İdarə Heyətinin üzvlərini sponsor və spiker qismində Caspian Energy Forum – 2016-da iştirak etməyə dəvət edib.
Tədbirin sonunda İdarə Heyətinin üzvləri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərlərini seçiblər.
CASPIAN EUROPEAN CLUB-un (CASPIAN BUSINESS CLUB) TƏRKİBİNƏ DAXİL OLAN SAHƏ KLUBLARI VƏ İŞÇİ KOMİTƏLƏR
1. Caspian European Investment Club - Aydın Dəmirçi
2. Caspian European Oil&Gas Club - Şükür Ağazadə
3. Caspian European Energy Club – Rüstəm Qasımov
4. Caspian European Industry Club – Sərxan Babayev
5. Caspian European Construction Club - Göksel Aybek
6. Caspian European Transport Club - Rəşad Abbasov
7. Caspian European Tourism Club
8. Caspian European IT Club - Cabir Cümşüdov
9. Caspian European Telecommunication Club - Sabinə Məmmədli
10. Caspian European Medical Club - Vüqar Eyvazov
11. Caspian European Education Club - Elşən Rəhimov
12. Caspian European Agroindustry and FMCG Club - Elşad Rəsulov
13. Caspian European Finance Club - Anar Bayramov
14. Caspian European Banking Club
15. Caspian European Insurance Club - Aydın Rəhmanov
16. Caspian European Auto Club
17. Caspian European Services Club - İlgar Axundov
18. Caspian European Law Club - Samir Hacıyev
CASPIAN EUROPEAN CLUB-un (CASPIAN BUSINESS CLUB) TƏRKİBİNƏ DAXİL OLAN İŞÇİ KOMİTƏLƏR
19. Tax & Customs Committee - Mustafa Abbasbəyli
20. Migration & Visas Committee - Vüqar Ramazanov
21. HR&Labor Committee - Əbülfəz Hacıyev
22. Corporate Social Responsibility Committee - Məmməd Abbasbəyli
23. Women Entrepreneurs Committee – Fatimə Aslan
24. SME (Small & Medium Entrepreneurs) Committee - Kamaləddin Mənsimov
25. Innovation Technologies Committee - Samir Qasımov
26. Security Committee - Anar Gülməmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət