Bank VTB (Azərbaycan) “Xəzri” pul köçürmələr sisteminə qoşularaq müştərilərinə ölkədaxili daha ucuz və sərfəli şərtlərlə pul köçürmək imkanı təklif edir. Yeni sistem vasitəsi ilə bankın müştəriləri ölkə daxilində istənilən məsafəyə qısa müddət ərzində təcili pul vəsaiti köçürə bilər. Pulları göndərildikdən cəmi 5 dəqiqə sonra ölkənin istənilən nöqtəsindən almaq mümkündür.
“Xəzri” pul köçürmələri manatla həyata keçirilir, maksimal məbləğ isə 20 min manat təşkil edir. Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri bu vəsaitləri ölkə ərazisində ona rahat olan məntəqədən ala bilər. Məbləğdən asılı olaraq köçürmə üzrə komissiya 1-30 manat və ya köçürülən məbləğin 0,8% təşkil edir ki, bu da pul vəsaitlərini çox sərfəli şərtlərlə yollamağa imkan verir.
“Xəzri” pulköçürmələr sistemi ilə yanaşı VTB (Azərbaycan) müştəriləri Zolotaya Korona, Contact, Blizko və Monex sistemləri vasitəsi ilə dünyanın istənilən yerində pul vəsaiti göndərib və ala bilər.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət