Britaniyanın «Anglo Asian Mining» şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49,874 min unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,8% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
Cari ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 114,915 min unsiya gümüş (artım 10,5 dəfə), 1,363 ton mis (artım 2,1 dəfə) hasil edilib.
«Şirkət cari il ərzində Azərbaycanın qızıl yataqlarından hasilatın həcmi üzrə planları 69-71 min unsiya qızıl və 1,7-2,1 min ton mis səviyyəsində saxlayıb”, - deyə məlumatda deyilir.
30 sentyabr 2016-cı il tarixinə şirkətin ümumi kredit borcu $37,7 mln. təşkil edir. Bu göstərici 9 ay ərzində $11,3 mln. azalıb. Borcun strukturunda $8,2 mln. Amsterdam Ticarət Bankı, $0,5 mln. Azərbaycan Beynəlxalq Bankı (ABB), $4,2 mln. «PAŞA Bank», $1 mln. “Atlas Copco”, $0,9 mln. “YapiKredi Bank”, qalanı fiziki şəslərdən alınan kreditlərin payına düşür.
Xəbər verildiyi kimi, 2015-ci ildə şirkət Azərbaycanın yataqlardan 72,032 min unsiya qızıl, 28,626 min unsiya gümüş, 969 ton bürünc hasil edib.
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayında şirkət “Qoşa” yatağının işlənilməsinə başlayıb. Həmçinin, 2015-ci ilin yayında şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət