Azərbaycanda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun qüvvəyə minib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Qanun 2016-cı il oktyabrın 13-də qüvvəyə minib. Hazırda bu qanunun icrasının təmin edilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirilir", - deyə məlumatda qeyd olunur.
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qanun Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
Qanunda dempinqli idxalın müəyyən edilməsi, dempinq marjasının hesablanması, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi qaydaları, müvəqqəti anidempinq və ya kompensasiya tədbirləri də əksini tapır.
Antidempinq tədbirlərindən biri kimi idxalla bağlı tətbiq edilən rüsum dempinq marjası həcmində artırıla bilər.
Antidempinq tədbirlərinin tətbiqi barədə qərar araşdırma başladığı gündən 60 gündən tez müddətdə qəbul edilə bilməz.
Qanunda müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi də nəzərdə tutulur. Belə tədbirlər rüsum və ya pul depoziti formasında ola bilər.
Sənəd Ümumdünya Ticarət Təşkilatının (ÜTT) göstərişləri əsasında işlənib hazırlanıb.*
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət