Caspian Energy jurnalının neft-qaz və enerji sahələri də daxil olmaqla iqtisadi inkişafın əsas aspektlərinə həsr olunmuş növbəti nömrəsi işıq üzü görüb. Jurnalın çapı Azərbaycanın müstəqilliyinin 25 illiyinə təsadüf edib.
Caspian Energy-nin sözügedən nömrəsində Xorvatiya Prezidenti Qrabar-Kitaroviçin eksklüziv müsahibəsi dərc olunub.
Jurnalda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümovun, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müsahibələri dərc olunub.
Caspian Energy jurnalında həmçinin neft-qaz sektorunu səhmləşdirmək imkanları haqqında materiallar, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun, SOCAR-ın “Azneft” İstehsalat birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun müsahibələri, həmçinin SOCAR-Polymer, SOCAR-AQS, “Şahdağ” turizm kompleksinin fəaliyyəti barədə materiallar çap edilib.
Jurnalın yeni nömrəsinin təqdimatı 2016-cı il noyabrın 2-də Caspian European Club-un (Caspian Business Club) biznes-forumu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. Fəaliyyət göstərdiyi 17 il ərzində jurnalda MDB və Aİ ölkələrinin prezident və baş nazirlərinin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Caspian Energy jurnalının 2014-2016-cı illərdə işıq üzü görmüş nömrələrində Monteneqro Prezidenti Filipp Vuyanoviç, Litva Respublikasının baş naziri Algirdas Butkeviçius, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç, Bolqarıstanın baş naziri Boyko Borisov, Monako Knyazlığının dövlət naziri Mişel Roje, Latviya Respublikasının baş naziri Laymdot Strauyum, Qırğızıstan Respublikasının baş naziri Coomart Otorbayev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xorvatiya Prezidenti İvo Yosipoviç, Çex Respublikasının Prezidenti Miloş Zeman, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter, Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan Respublikasının baş naziri Plamen Oreşarski və digərlərinin müsahibələri yer alıb.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club)tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət